“Qazprom” Finlandiyaya qaz nəqlini dayandırdı

qazprom-finlandiyaya-qaz-neqlini-dayandirdi
Oxunma sayı: 1403

Rusiya törəmə şirkəti olan “Qazprom Export” mayın 21-dən Finlandiyaya qaz nəqlinin dayandırıldığını təsdiqləyib.

“Qafqazinfo”  xəbər verir ki, holdinq Finlandiya tərəfdən aprel ayı üçün ödəniş almadığını bildirib.

“Qazprom Export”un məlumatına görə, Finlandiyaya qaz tədarükünü dayandırmaq qərarına Rusiyanın rublla ödənişləri tələb edən yeni qaydalarına uyğun olaraq aprel ayında təhvil verilmiş qazın ödənilməməsi səbəb olub.

Rusiya şirkəti əlavə edib ki, onlar Finlandiyanın dövlətə məxsus “Qasum” topdansatış şirkətinin başlatdığı arbitraj prosesində öz maraqlarını müdafiə edəcəklər.