“Qazprom” şirkətinə ağır cəza - Əmlakı əlindən alındı

qazprom-sirketine-agir-ceza
Oxunma sayı: 1813

Ukraynın “Naftoqaz” şirkəti ilə Rusiyanın “Qazprom” şirkəti arasındakı məhkəmə yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Hollandiya məhkəməsi “Qazprom”un bu ölkədəki 7 şirkətinin əmlakının əlindən alınmasına qərar verib.

Xatırladaq ki, Stokholm Beynəlxalq Arbitraj Məhkəməsi “Qazprom”un “Naftoqaz” şirkətinə 2,56 milyard dollar təzminat ödəməsini qərarlaşdırmışdı.

Bununla əlaqədar olaraq Ukrayna şirkəti təzminatı müxtəlif vasitələrlə “Qazprom”dan almaq üçün bütün hüquqi yollardan istifadə etməyə başlayıb.

Qeyd edək ki, Rusiya şirkəti Ukraynaya təbii qaz satışı ilə bağlı öhdəliklərini tam yerinə yetirməməkdə ittiham edilib.