“Qazprom” Türkiyəyə qaz ixracını kəskin azaldıb

qazprom-turkiyeye-qaz-ixracini-keskin-azaldib
Oxunma sayı: 812

Rusiyanın "Qazprom" dövlət şirkəti Türkiyənin özəl enerji şirkətləri ilə qiymət mübahisəsi səbəbindən bu ölkəyə qaz tədarükünü kəskin şəkildə azaldıb.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, Türkiyənin Energetika Nazirliyi tədarükün azalmasına əsas səbəb kimi havaların anomal isti keçməsi və bunun nəticəsi olaraq qaza tələbatın azalmasını deyil, Türkiyə şirkətləri ilə "Qazprom" arasında yaşanan "qiymət müharibəsi"ni göstərib.

Qeyd edək ki, Rusiyadan Türkiyəyə qaz tədarükünün təqribən yarısı "Bulqartransqaz"ın payına düşür.