“Qazprom” Ukraynadan qaz tranzitini azaltdı

qazprom-ukraynadan-qaz-tranzitini-azaltdi
Oxunma sayı: 1505

“Qazprom” Ukrayna marşrutu üzrə qaz tranzitini aşağı salıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ukraynanın qaz-transport sisteminin operatoru” şirkətinin rəhbəri Serqey Makaqon məlumat yayıb. 

Onun sözlərinə görə, 3 yanvardan Rusiyadan qaz nəqli sutka ərzində 52,5 milyon kubmetr olub: “Bu gündən etibarən qaz nəqlinin daha da azalacağı gözlənilir. Bu, 2020-ci ilin yanvarının sonundan bəri olan ən az göstərici olacaq”. 

Makaqon qeyd edib ki, “Qazprom” bu barədə qarşı tərəfi əvvəlcədən məlumatlandırmayıb.