“Qafqazinfo”nun AzadlıqRadiosuna istinadən məlumatına görə, şirkətin rəhbəri Aleksey Miller fevralın 24-də bildirib ki, Ukrayna qaza görə qabaqcadan ödəməni vaxtında etməyib.
Ukraynanın Naftaqaz şirkəti bundan əvvəl Qazpromu haqqı ödənilmiş qazı tam verməməkdə günahlandırıb.
Şirkət deyir ki, əvvəlcədən ödənilmiş 114 milyon kubmetr qazın təxminən 47 milyon kubmetrini ala bilib.
“Qazprom” isə Kiyevin Donetsk və Luqansk vilayətlərinin qazla təchizatını dayandırdığına görə bu ərazilərin də həmin şirkət tərəfindən qazlaşdırıldığını açıqlayıb.
Şirkət deyir ki, bu vilayətlərin qazla təchiz edilməsi Naftaqazla imzalanan müqavilənin tərkib hissəsidir.
Son xəbərlər
Son Xəbərlər