“Qazprom” Yunanıstana təbii qaz nəqlini dayandırıb

qazprom-yunanistana-tebii-qaz-neqlini-dayandirib
Oxunma sayı: 1527

Rusiyanın enerji şirkəti “Qazprom” sabahdan etibarən Yunanıstana təbii qaz axınını müvəqqəti dayandıracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Qazprom” tərəfindən ediləcək fasilənin səbəbi "Türk axını" təbii qaz kəmərinin illik müntəzəm baxım işləri olaraq göstərilib.

İyunun 27-dək davam edəcək kəsilmənin Yunanıstanda təbii qaz qıtlığına səbəb olmayacağı və çatışmazlığın mayeləşdirilmiş təbii qaz (LNG) resursları ilə kompensasiya ediləcəyi nəzərdə tutulur.