“Qәbәlә” Qazaxıstan klubu ilә qarşılaşacaq

qbl-qazaxistan-klubu-il-qarsilasacaq
Oxunma sayı: 905

Yanvarın 9-dan etibarən Türkiyədə təlim-məşq toplanışı keçəcək “Qəbələ”nin daha bir sınaqçı rəqibi bəlli olub.

"Qafqazinfo" xəbər verir ki, söhbət Qazaxıstanın "Ordabası" klubundan gedir. "Qırmızı-qaralar"ın Qazaxıstan klubu ilə oyunu yanvarın 19-da baş tutacaq.

Bundan əlavə, Roman Qriqorçukun yetirmələri yanvarın 13-də “Partizani”, 18-də Rumıniyanın “Qaz Metan”, 23-də isə Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

Əyalət təmsilçisi hazırlığı yanvarın 25-də başa vuracaq.