“Qәbәlә” Subotiçi transfer etdi

qbl-subotici-transfer-etdi
Oxunma sayı: 1250

“Qəbələ” transfer fəaliyyətini davam etdirir. Komandanın baş məşqçisi Roman Qriqorçukun tələbiylə "qırmızı-qaralar" hücum xəttini gücləndirəcək.

“Qafqazinfo” xәbәr verir ki, əyalət təmsilçisi Daniel Subotiçi transfer edib. 27 yaşlı forvard hazırda Moldovanın "Şerif" klubunda çıxış edir.

İsveçrəli futbolçu “Qafqazinfo”ya açıqlamasında xəbəri təsdiq edib.

Xatırladaq ki, Subotiç 2013/14-cü il mövsümündə “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”ın heyətində 29 oyuna 12 qol vurmuşdu.