“Qәbәlә” və “Neftçi”dən uğursuz nəticə- - Yenilənib+Video

qbl-ve-neftciden-ugursuz-netice-
Oxunma sayı: 1981


“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” və “Neftçi” artıq oyuna çıxıblar.

 “Qəbələ” Gürcüstan təmsilçisi “Dinamo”ya, Neftçi” isə Monteneqro təmsilçisi “Mladost”la qarşılaşır. 

***

Oyunun 34-cü dәqiqәsində rәqibin 4 nömrәli futbolçusu Duşan Laqator “Neftçi”nin qapısından top keçirir. 

***

36-cı dəqiqədə komandamızın futbolçusu Kamal Qutbanov fərqlənib. Hesab 1:1 bərabərdir.

***

Oyunlarda ilk hissə başa çatıb. 

***

Matçlarda ikinci hissə başladı.

***

"Neftçi" 2:1 önə keçdi. Araz Abdullayev 56-cı dəqiqədə fərqlənib. 

***

“Dinamo” futbolçusu Jaba Jiqauri qol vurub. "Qəbələ" 0:1 hesabı ilə uduzur. 

***
"Qəbələ" hesabı bərabərləşdirir. Cavid Hüseynov 74-cü dəqiqədə qol vurur. 

***
"Dinamo" Datunaşvili komandasının ikinci qolunu vurur. "Qəbələ" 1:2 hesabı ilə uduzur. 

***

"Neftçi" də qapısından növbəti topu buraxdı. Luka Mirkoviç komandasının növbəti qolunu vurur. Hesab 2:2 bərabərdir.

***

"Neftçi" - "Mladost" oyunu 2:2 hesablı bərabərlikdə başa çatdı.

***

"Qəbələ" - "Dinamo" oyunu isə 1:2 hesabı ilə başa çatır.

***