“Qəbələ” 15 milyona baza alır? - Rəsmi açıqlama

qebele-15-milyona-baza-alir
Oxunma sayı: 2021

“Qəbələ” rəhbərliyi "Əlincə”nin bazasını almağa hazırlaşır.

“Qafqazinfo” fanat.az-a istinadən xəbər verir ki, klub prezidenti Tale Heydərov 15 milyon manat qiyməti olan stadionu və digər tikililəri, o cümlədən sözügedən klubun rəhbərinə məxsus otellə yaxından maraqlanır. 

Bir müddət öncə mətbuat səhifələrində satıldığı bildirilən idman qurğusunun qiymətiylə bağlı razılaşmaq başlıca hədəfdi. "Qırmızı-qaralar”ın başqanı bu iş üçün artıq 2 nəfər ayırıb və danışıqlar davam etdirilir.

“Qafqazinfo”ya açıqlama verən “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov isə məlumatı təkzib edib: “Ümumiyyətlə, belə bir söhbət olmayıb. Əgər hər hansı məsələ olsaydı, mənim də xəbərim olardı. Çünki bu futbolla. Stadionla bağlıdır. İndiyə qədər belə bir söhbət müzakirə edilməyib”.