“Qəbələ” afrikalı futbolçu ilə rəsmi müqavilə imzaladı

qebele-afrikali-futbolcu-ile-resmi-muqavile-imzaladi
Oxunma sayı: 841

“Qəbələ” heyətini daha bir oyunçu ilə gücləndirib. “Qafqazinfo” xəbər verir ki, 2019-cu ilin sonlarından “qırmızı-qaralar”ın düşərgəsində baxışda olan futbolçu ilə 2,5 illik anlaşma əldə olunub.

Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər əyalət təmsilçisinin formasını geyinəcək. 21 yaşlı afrikalı buna qədər öz vətənində çıxış edib.

O, “Pumas” klubunun şərəfini qoruyub.