Topaz Premyer Liqasında 26-cı turun qarşılaşmaları davam edir.
“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edir.
Hazırda Qəbələ şəhər stadionunda keçirilən matçda ev sahibi azarkeşlər təqdirəlayiq addım atıb. Onlar bir neçə gün öncə Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsi ilə bağlı plakat açıblar. Fanatlar bununla terrora qarşı olduqlarını bildirib, qardaş ölkəyə dəstək veriblər.
Son xəbərlər
Son Xəbərlər