“Qəbələ” Avroliqadakı rəqibindən hücumçu alır -

qebele-avroliqadaki-reqibinden-hucumcu-alir-
Oxunma sayı: 710


“Qafqazinfo” apasport.az saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan PAOK-un hücumçusu Fakundo Abel Pereyranı heyətinə cəlb edir.

Klublar artıq keçidlə bağlı ortaq məxrəcə gəliblər. Razılığa görə, argentinalı futbolçu 2015/16 mövsümünü icarə əsasında “Qəbələ”də keçirəcək. 28 yaşlı oyunçunun hücum xətti ilə yanaşı, yarımmüdafiənin cinahlarında və pleymeyker mövqeyində çıxış etmə bacarığı baş məşqçi Roman Qriqorçukun seçimində əsas rol oynayıb.

Qeyd edək ki, Fakundo Pereyra PAOK-a ötən il Meksikanın “San Luis” klubundan keçib.

“Qafqazinfo”