“Qəbələ” Avropa Liqasına 2-ci mərhələdən başlayacaq - Gözlənilməz qərar

qebele-avropa-liqasina-2-ci-merheleden-baslayacaq
Oxunma sayı: 1101

"Qəbələ" Avropa Liqasında qarşıdakı mövsümdə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. "Qafqazinfo" xəbər verir ki, buna səbəb "qırmızı-qaralar"ın ilk təsnifat mərhələsindən azad olunmasıdı.

Bu, turnirin iştirakçılarının siyahısında bəzi dəyişiklərlə bağlıdı. Nəticədə Azərbaycan Premyer Liqasının ikinci komandası olan "Qəbələ", habelə, Şotlandiya təmsilçisi mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlamaq hüququ əldə edib. 

Son 2 mövsümdə Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olan "Qəbələ" reytinqi yüksək olduğuna görə səpələnmişlər sırasında olacaq. Bu isə Roman Qriqorçukun komandasının münasib rəqiblə düşəcəyi deməkdi.

Xatırladaq ki, Avropa Liqaısnda digər təmsilçilərimizdən "İnter"lə "Zirə" mübarizəyə elə ilk mərhələdən start götürəcək. "İnter" səpələmişlər arasında yer alacaqsa, "Zirə" debütant kimi reytinqi olmadığından güclü rəqiblə düşmək məcburiyyətindədi. "Qarabağ" isə Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Təmsilçilərimiz rəqiblərini iyunun 19-da keçiriləcək püşkatmada biləcəklər.