“Qəbələ” “Ayntraxt”a uduzdu

qebele-ayntraxta-uduzdu
Oxunma sayı: 1677

2015-2016-cı il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ”nin əvəzedici komandası ilk matçını keçirib.

“Qafqazinfo”nun klubun saytına istinadən xəbərinə görə, yanvarın 16-dan Antalyada hazırlıq keçən “qırmızı-qaralar” Almaniya təmsilçisi “Ayntraxt”ın (Frankfurt) gənclərdən ibarət komandası ilə qarşılaşıb. Oyun “La Atlantis Hotel Gündoğdu”nun meydanında keçirilib. Bu matçda "Qəbələ" 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Quliyevin komandası növbəti matçını yanvarın 22-də Danimarkanın U-19 yığması ilə keçirəcək.