““Qəbələ” barədə elə də məlumatlı deyilik”

qebele-barede-ele-de-melumatli-deyilik
Oxunma sayı: 717

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda sabah “Qəbələ”nin qonağı olacaq “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot oyunöncəsi mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, polşalı mütəxəssis “Bakcell Arena”da jurnalistlərin suallarını cavablandırıb.

 - Biz bura çox güclü rəqiblə oynamaq üçün gəlmişik. Rəqib yaxşı komandadır. Sabahkı oyunda hər şey məlum olacaq. Ən əsası uduzmamağa çalışacağıq.

- “Qəbələ”nin oyunlarını izləmisiz?

- Rəqibin oyunlarını izləmişəm. Bu komandada əsasən, Araz Abdullayevi, Ozobiçi və əlbəttə ki, baş məşqçi Roman Qriqorçuku fərqləndirərdim. Ancaq “Qəbələ” komanda oyunu sərgiləyir. Rəqibin cəmi 3 oyununu izləmişik. Əsasən mərkəz müdafiəçilərini qeyd edərdim. Təəssüf ki, rəqib ikinci təsnifat mərhələsindən mübarizəyə qoşuldu. Buna görə, rəqib barədə elə də çox məlumata sahib deyilik.

- Sizcə, bu komandalar arasında hansı oyun həlledici olacaq?

- Çox güman ki, Polşadakı oyunda hər şey həll olunacaq. Çətin ki, ilk oyunda hər şey həll edilsin. Çünki hər iki komanda bərabər səviyyəlidi. Belə oyunlarda adətən, ilk matçda cütün taleyi həll edilmir.

- “Qəbələ”də əvvəllər polşalı futbolçular - qapıçılar Pavel Kapsa ilə David Pietrzkeviç çıxış edib. Onlardan məsləhət almısız?

- Kapsa burda uzun müddət öncə oynayıb. O ki qaldı Piterzkeviçə, onunla şəxsi tanışlığım yoxdu.

- Avropa Liqasında əsas hədəfiniz nədi?

- Hazırda əsas məqsədimiz bu mərhələni keçməkdir. Hər dəfə mərhələ keçdikcə bu iddiamız artacaq.

- Uzun yol sizə necə təsir edib?

- Bunun oyunumuza təsir edəcəyini düşünmürəm. Səyahətimiz uzun olsa da, rahat olub.

- Şansları nə qədər dəyərləndirərdiz?

- Məncə, şanslar 50-50-di.