“Qəbələ” braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırdı

qebele-braziliyali-yarimmudafieci-ile-yollarini-ayirdi
Oxunma sayı: 894


 
2014-cü ilin yayında transfer olunan 23 yaşlı braziliyalı legioner mövsümün ilk yarısında “Qəbələ”nin heyətində 13 oyun keçirib. Ötən ilin avqustun 23-də keçirilən Topaz Premyer Liqasının III turunun “Bakı” ilə oyununda (2:0) komandada debüt edən Markinyoş 12 çempionat matçında 700 dəqiqə meydanda olub, 1 qol və 1 sarı vərəqə ilə diqqət çəkib.
 
O, XII turun noyabrın 20-də keçirilən AZAL-la oyununda (3:3) yeganə qolunu vurub. Braziliyalı futbolçu 55 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markinyoşun “Qəbələ”də son matçı olub.
 
Qeyd edək ki, “Qəbələ” bir neçə gün öncə Yazalde Pinto ilə də yollarını ayırmışdı.