“Qəbələ” bu dəfə bacarmadı - Yenilənib

qebele-bu-defe-bacarmadi
Oxunma sayı: 1574

Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Avroliqada yeganə təmsilçimiz olan “Qəbələ” Yunanıstan “Panatinaikos”u ilə qarşılaşır.

Roman Qriqorçuku yetirmələri səfərdə 0:1 hesablı hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Xatırladaq ki, təmsilçimiz 2 il əvvəl pley-offda “Panatinaikos”u evdə 0:0 və səfərdə 2:2 hesablı nəticələrlə keçməyi bacarmışdı.

***

İlk hissədə tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb. Tərəflər fasiləyə qolsuz yollanıblar.

"Qəbələ" növbəti mərhələ şansını davam etdirmək üçün ikinci hissədə ən azı 1 qol vurmalıdır.

***

52-ci dəqiqədə "Qəbələ"nin futbolçusu Monrozun reydindən sonra qapı qarşısına ötürdüyü top "Panatinaikos"un müdafiəçisi Moledoya dəyərək qapıya daxil olub. Beləliklə, "Qəbələ" avtoqolla hesabı açıb.

***

63-cü dəqiqədə "Qəbələ"nin qapısı qarşısına ötürülən topu Lod qola çevrilib. Müdafiəçilərin diqqətində kənar qalan Lod topu qapıya göndəib.

Qoldan sonra intizamı itirən "Qəbələ" 66-cı dəqiqədə 2-ci qolu da qapısında görüb. "Qəbələ" müdafiəsini çaş-baş salan Kabazes "Panatinaikos"u hesabda önə keçirib.

"Qəbələ" növbəti mərhələyə adlamaq üçün artıq 3 qol vurmalıdır.

***

Matçda başqa qol olmayıb və "Qəbələ" 1:2 hesabı ilə məğlub olmayıb. Beləliklə, təmsilçmiz mübarizəni dayandırıb.