“Qəbələ” çempion elan olundu, avrokuboka vəsiqə qazandı

“Qəbələ” çempion elan olundu, avrokuboka vəsiqə qazandı
Oxunma sayı: 1763

“Qəbələ”nin U-19 komandası AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi elan olunub.

"Qafqazinfo" xəbər verir ki, keçirdiyi 15 oyunda 33 xal toplamaqla yarışın lideri olan “qırmızı-qaralar” koronavirus pandemiyası üzündən dayandırılan və bərpa edilmədən başa çatdırılan mövsümün çempionu olub.

Bununla da “Qəbələ” UEFA-nın 19 yaşadək futbolçular arasında keçirdiyi avrokubok turnirinə - Gənclər Liqasına vəsiqə qazanıb.

Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi