“Qəbələ” cərimələndi, “Sumqayıt” xəbərdarlıq aldı

qebele-cerimelendi-sumqayit-xeberdarliq-aldi
Oxunma sayı: 695

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı qərarlar qəbul olunub.
 
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
 
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu cəza gözləyir.