““Qəbələ” çox ciddi rəqibdir” - MTK-nın baş məşqçisi

qebele-cox-ciddi-reqibdir
Oxunma sayı: 915

Macarıstanın MTK klubunun baş məşqçisi Teodor Vasiliş Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə rəqib olmaları haqqında danışıb.

Qafqazinfo” xəbər verir ki, o, klub rəsmi saytına açıqlamasında fikirlərini bölüşüb. 

Vasiliş bildirib ki, “Qəbələ” çox ciddi rəqibdir: ““Aktobe” ilə oyunlarımız heç də asan olmadı. Çətin rəqiblə qarşılaşsaq da, mərhələni keçə bildik. İkinci təsnifat mərhələsini səbrsizliklə gözləyirəm. “Qəbələ” çox ciddi rəqibdir. Onlara qarşı oyunlarımız olmayacaq. Şanslara gəlincə, bu barədə danışmaq tezdir”.