“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, iyulun 23-də “Bakcell Arena”da keçiriləcək qarşılaşmanı çexiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Radek Prjixoda olacaq. Ona həmyerliləri İvo Nadvornik, Yakub Qrabovski və Pavel Orel kömək edəcəklər. Görüşün UEFA üzrə nümayəndəsi Per Svard (İsveç), hakim-inspektoru isə isveçrəli Andreas Şluxter olacaq.
Oyunun qalibinin növbəti təsnifat mərhələsindəki potensial rəqibi də bəlli olub. İsveçrənin Nyon şəhərindəki püşkatmanın nəticələrinə əsasən, “Qəbələ” – “Çukariçki” qarşılaşmasının qalibi iyulun 30-da və avqustun 6-da keçiriləcək üçüncü təsnifat mərhələsində “Apollon” (Kipr) – “Trakai” (Litva) oyununun güclüsü ilə qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər