Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 2015/2016-cı il mövsümünə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ölkəmiz üçün önəmli olan gecədə 2 komandamız meydana çıxacaq.
“Qarabağ” və “Qəbələ” qrup mərhələsində ilk oyunlarını keçirəcəklər. Qurban Qurbanovun komandasının daha ağır sınaq gözləyir. Ağdamlılar Londonda “Tottenhem”in qonağı olacaq. Bu çətin qarşılaşma saat 00:05-də başlayacaq.
“Qəbələ” isə Bakıda, “Bakcell Arena”da Yunanıstan PAOK-unu qəbul edəcək. Bu matç saat 22:00-da start götürəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
17 sentyabr
00:05. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Vogel (İsveçrə)
London. “Uayt Hart Leyn”.
22:00. “Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan)
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya) Bakı. “Bakcell Arena”.
Konuşma Sonu
Son xəbərlər
Son Xəbərlər