Qəbələ Festivalı başa çatdı

qebele-festivali-basa-catdi
Oxunma sayı: 813


“Qafqazinfo”nun məlumatına görə, VI Qəbələ Beynəlxalq Festivalının açıq havada keçirilən sonuncu musiqi axşamında Yohannesburq Filarmonik Orkestrinin “Viva opera” adlı maraqlı konsert proqramı təqdim edildi.

Konsertdə Pyotr Çaykovskinin, Nikolay Rimsi-Korsakovun, Alfredo Katalaninin, Qaytanı Donisettinin , Coakkino Rossininin, Cakomo Puçininin, Cüzeppe Verdinin, Çarlz Qunonun , Pyetro Masnkaninin operalarından ariya və romanslar, eləcə də Müslüm Maqomayevin “Azərbaycan” və digər bəstəkarların əsərləri səsləndirilib.