““Qəbələ” finalı düşünə bilər, biz isə yox” - “Qarabağ”ın yarımmüdafiəçisi

qebele-finali-dusune-biler-biz-ise-yox
Oxunma sayı: 724

Azərbaycan kubokun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" səfərdə "Neftçi"nin məğlub edib (0:2) və finala çıxmaq üçün yaxşı şans əldə edib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra  ağdamlıların futbolçusu Muarem Muarem jurnalistlərin suallarını cavablandırıb:

- Heyətinizdə ciddi itkilər olsa da, qalib gəlməyi bacardınız. Oyun haqda nə deyə bilərsən?

- Matça yaxşı hazırlaşmışdıq. İlk oyunda, özü də səfərdə iki qol vurmaq böyük üstünlükdü. Buna baxmayaraq, hər şeyin bitdiyini demək olmaz. “Neftçi” səfərdə 2 qol vura bilər, bu gün onlarda var. Üstəlik, çempionatda sıx qrafikdə oynayacağıq. Qarşıda çətin səfər və ev matçlarımız var. Məncə, bunun bizə təsiri olar bilər. Maksimum diqqətli olmalıyıq.

- Demək olar ki, bütün oyunlar paytaxtda keçirilir. Azərbaycan çempionatında ev-səfər matçları arasında hansısa fərq hiss edirsən?

- Bütün oyunlar olmasa da, əsas rəqiblərlə qarşılaşmada bu fərqi hiss edirsən. Məsələn, “Qəbələ”, “Kəpəz”, “Neftçi” və “Sumqayıt”ın meydanındakı oyunlara yaxşı azarkeş dəstəyinin şahidi olmuşuq.

- Bu hesabdan sonra finala çıxacağınıza inanırsınız?
- Yox, indidən finala çıxdığımızı düşünmürəm. “Neftçi” güclü komandadı, qış fasiləsindən sonra yaxşı güc yığıblar və “Qəbələ”, “İnter” kimi komandaları məğlub etməyi bacarıblar. Bu nəticələri unutmamalı və diqqətli olmalıyıq.

- Səncə, “Neftçi”nin zəif çıxış etməsinin səbəbi nə idi?
- Onları yaxşı analiz etmişdik. Sürətli oyun nümayiş etdirdik, erkən qol vurduq. Kənardan belə görünə bilər ki, asan oyun oldu. Amma asan oyun deyildi, xeyli güc sərf etdik.Düşünürəm ki, yaxşı hazırlaşmağımızın bəhrəsini gördük.

- Klubun vitse-prezidenti Tahir Gözəl mətbuata açıqlamasında “Neftçi”ni onun meydanında üstələməyin özü üçün önəmli olduğunu demişdi. Maraqlıdır, qələbəyə görə futbolçulara hansısa mükafatın veriləcəyi vəd olunmuşdu?
- Ola bilər. Bu, rəhbərliyin fikridir. Biz öz oyunumuzu oynadıq, qalib gəldik. Qələbəyə görə hansısa mükafat vəd olunmamışdı.

- Əsas rəqibiniz “Qəbələ” də Azərbaycan kubokunun digər yarımfinal matçında “İnter”i səfərdə 1-3 məğlub etdi...

- “Qəbələ” indidən finalı düşünə bilər, amma bizim üçün hələ tezdir.

- Bu mövsüm ancaq “Qəbələ” və “Qarabağ”ın yarışı olduğunu demək olarmı?

- Çempionatın ilk günlərində bəzi komandalarda problemlər vardı. “Neftçi” daha öncədən belə formada olsaydı, bizimlə bərabər çempionluq yarışında olardı. Ümid edirəm ki, gələn il daha da yaxşılaşar, çempionat, komandalar da güclənər.