“Qəbələ” Fransadan hücumçu gətirir

qebele-fransadan-hucumcu-getirir
Oxunma sayı: 1007

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

“Qafqazinfo” “L’Équipe”ə istinadən xəbər verir ki, “Qəbələ” Fransanın II Liqasında çıxış edən “Kretel” klubunun hücumçusu Baqali Dabonu heyətinə qatıb. Seneqalıı forvard “qırmızı-qaralar”la 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 27 yaşlı Dabo Fransanın “İvri”, “Kretel” və “İstr”" klublarında forma geyinib.