Azərbaycan çempionatında 21-ci turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, lider “Qarabağ”ın xal itirdiyi turda ikinci pillədəki “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib.
Lakin, “Qəbələ” liderlər xal fərqini azaltmaq şansından istifadə edə bilməyib. Matç qarşılıqlı qollarla 1-1 hesabı ilə bitib.
Hazırda “Qəbələ” “Qarabağ”dan 10 xal geri qalır. Avrokuboklara vəsiqə qazanmağa iddialı olan “Sumqayıt” isə 3-cü pillədədir.
“Qəbələ” - “Sumqayıt” - 1:1
Qollar: Stiven Monroz, 55 - Nicat QUrbanov, 82
Son xəbərlər
Son Xəbərlər