“Qəbələ” futbolçusuna sərt cəza verdi

qebele-futbolcusuna-sert-ceza-verdi
Oxunma sayı: 809


  “Qafqazinfo” xəbər verir ki, bu barədə “Lent.az” -a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

 Təcrübəli müdafiəçi “Xəzər Lənkəran”la Azərbaycan Kubokunun ilk yarımfinal matçından əvvəl geniş kütlə qarşısında oyunun baş hakimi Rəhim Həsənovu təhqir edib. Halbuki, cəzalı olduğu üçün onun matçda iştirak hüququ olmayıb. AFFA İntizam Komitəsi Allahverdiyevi 5 oyunluq cəzalandırıb, klubu isə 10000 manat cərimələyib. Üstəlik, futbolçuya verilmiş 5 oyunluq cəzanın Premyer Liqa matçlarına şamil edilməsi qərara alınıb. Bu isə o deməkdir ki, Allahverdiyev yalnız çempionatın son turunda meydana çıxa biləcək.

 Əzizov bildirib ki, futbolçu klub rəhbərliyi tərəfindən də sərt cəzaya məruz qalacaq. Amma Allahverdiyevin “Qəbələ”dən kənarlaşdırılma məsələsi hələlik gündəmdə deyil.

 31 yaşlı müdafiəçi 10 min manatlıq cəriməni özü ödəyəcək. Üstəlik, ona oyunlardan kənarda qaldığı müddətdə uğurlu nəticə qarşılığında mükafat verilməyəcək.

 Qeyd edək ki, Elnur Allahverdiyev mövsümün əvvəllərində “Xəzər Lənkəran”dan qovulduqdan sonra “Qəbələ”yə keçib. Qışda isə onunla müqavilə daha 1 il uzadılıb.