“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.
"Qafqazinfo"nun klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 18 futbolçu yer alıb.
Qapıçılar:
22. Dmitri Bezotosnı,
30. Aqil Məmmədov
Müdafiəçilər:
34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 33. Təmkin Xəlilzadə, 27. Bəhlul Mustafazadə, 5. Rasim Ramaldanov, 3. Vojislav Stankoviç
Yarımmüdafiəçilər:
8. Qismət Alıyev, 21. Lalavele Atakora, 14. Cavid Hüseynov, 7. Roman Hüseynov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov
Hücumçular:
28. Stiven Cosef-Monroz, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi.
Qeyd edək ki,“Qəbələ” ilə “Proqres” arasında ilk oyun iyulun 12-də, cavab matçı iyulun 19-da baş tutacaq. Təmsilçimiz ilk matçı Qəbələdə keçirəcək.
Son xəbərlər
Son Xəbərlər