"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqanın 19-cu turunda qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini bildirib.
“Qafqazinfo” xəbər verir ki, braziliyalı futbolçu klubun "Facebook" səhifəsinə açıqlamasında səfər matçına ciddi hazırlaşdıqlarını deyib:
"Başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, “Qəbələ”yə qarşı da eyni ciddiyyətlə, eyni peşəkarlıqla hazırlaşırıq. Çünki baş məşqçimizin bizdən tələbi odur ki, heç bir rəqib arasında fərq qoymayaq. Bu səbəbdən bütün rəqiblərə eyni gözlə baxırıq və eyni ciddiyyətlə hazırlaşırıq".
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı fevralın 19-da keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər