““Qəbələ” ilə heç-heçə əla nəticə sayılacaq” - MTK-nın baş məşqçisi

qebele-ile-hec-hece-ela-netice-sayilacaq
Oxunma sayı: 911

"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK Budapeşt klubu ilə üz-üzə gələcək.

"Qafqazinfo" xəbər verir ki, oyundan əvvəl MTK-nın baş məşqçisi Teodoru Vasilis fikirlərini bildirib:

"Rəqibimiz çox təhlükəli komandadır. Onların yaxşı təcrübəsi var. Azərbaycan klubları yaxşı inkişaf dövrü keçirlər. Son zamanlar tez-tez Avroliqanın qrup mərhələsində oynayırlar. Rəqibimiz ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edib. Bu, onların gücündən xəbər verir".

Teodoru Vasilis heç-heçəni MTK üçün yaxşı nəticə hesab edəcəyini bildirib:

"Biz UEFA-nın reytinq cədvəlində 363-cü pilləsində qərarlaşmışıqsa, "Qəbələ" 353-cüdür. Qələbə qazansaq, bu bizim üçün möhtəşəm olacaq. Oyun heç-heçə başa çatsa, əla nəticə sayılacaq".