“Qəbələ” ilk yoxlama görüşünü keçirdi

qebele-ilk-yoxlama-gorusunu-kecirdi
Oxunma sayı: 700

2016-2017 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.

Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” “Bakı” ilə görüşüb. Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub.

Bölgə təmsilçisi oyunun hər hissəsini fərqli heyətlə keçirib. Matç 1:1 hesabı ilə nəticələnib. “Qəbələ” növbəti yoxlama oyununu iyunun 15-də keçirəcək. Roman Qriqorçukun yetirmələri U-19 Liqasında çıxış edən futbolçulardan ibarət yığma ilə üz-üzə gələcək. “Bakı” FK-nın bazasında baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.