“Qəbələ” “İnter” 3-cü mərhələdə- - Yenilənib+Video

qebele-inter-3-cu-merhelede-
Oxunma sayı: 3692


Hәr iki komandamız doğma arenada meydana çıxacaq. 

"Qәbәlә" ilk oyunda 0:1 hesabı ilә uduzdu Serbiya "Çukariçki"sini "Bakcell Arena"da qәbul edәcәk.

"İnter" isә sәfәrdә gözlәnilmәdәn 2:1 qalib gәldiyi İslandiya "Hafnarfyordur"unu "İnter Arena"da qonaq edәcәk. 

Hәr iki matç saat 21:00-da başlayacaq.

***

"Qəbələ" futbolçusu Sergey Zenyov oyunun 39-cu dəqiqəsində rəqib qapısına qol vurdu.

***

"İnter"in futbolçusu Abbas Hüseynov rəqib qapısına qol vurdu, hesab 1:0.

***

Oyunun ikinci hissəsində "Qəbələ" futbolçusu Sergey Zenyov ikinci dəfə rəqib komandanın qapısına qol vurub.

***

"İnter" matçın ikinci hissəsində üstünlüyü əldən verdi. Rəqib komandanın futbolçuları Valdimarsson və Finnboqasson komandamızın qapısına qol vurublar, hesab 1:2.

***

"Qəbələ" matçda qalib gələrək növbəti mərhələyə vəsiqə qazandı.

***

"İnter"  əlavə vaxtda qalibiyyət uğrunda mübarizə aparacaq.

Matçın əlavə vaxtı futbolçumuz Rauf Əliyev oyunun 91-ci dəqiqəsində rəqib komandanın qapısına qol vurdu, hesab 2:2.

***

Qarşılaşmada "İnter" də növbəti mərhələyə keçə bilib.

Elsevər