“Qəbələ” iştirak ərizəsini təqdim etdi

qebele-istirak-erizesini-teqdim-etdi
Oxunma sayı: 669

Qəbələ”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. 

Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 16 futbolçu yer alıb.

Xatırladaq ki, “Qəbələ” ilə “Samtredia” arasında ilk oyun iyunun 30-da Bakıda, cavab matçı iyulun 7-də Gürcüstanda keçiriləcək.

Qapıçılar: 22. Dmitri Bezotosnı, 33. David Pietrzkeviç

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 13. Murad Musayev, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Luis Uiks, 32. Rəşad Eyubov

Hücumçu: 9. Sergey Zenyov