Topaz Premyer Liqasında 25-ci turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” evdə autsayder “Kəpəz”i sınağa çəkib. Oyun “Qəbələ”nin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun son oyunu bazar günü keçiriləcək.
18:00 “Qəbələ” – “Kəpəz” - 3:0
Qollar: Filip Ozobiç, 31, Stiven Monroz, 39, Cavid Hüseynov, 45
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
Son xəbərlər
Son Xəbərlər