“Qəbələ” “Keşlə” ilə heç-heçə etdi

qebele-kesle-ile-hec-hece-etdi
Oxunma sayı: 1400

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turunda daha bir oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sonuncu “Qəbələ” doğma meydanda “Keşlə”ni qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Tura “Neftçi” - “Zirə” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” doğma meydanda “Səbail”ə 5:1 qalib gəlibsə, “Sabah” “Sumqayıt”ı səfərdə 3:0 hesabıyla yenib.

Azərbaycan Premyer Liqası
21-ci tur
3 aprel

“Qəbələ” – “Keşlə” 1:1
Qol: O.Hani, 47 – M.Giqauri, 32.
Qırmızı vərəqə: T.Quliyev, 51.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.