Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən “Qəbələ” də mübarizəyə başlayır.
Elmar Baxşıyevin komandası öz meydanında Kipr təmsilçisi “Omoniya”nı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
27 iyul
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
20:00. “Qəbələ” (Azərbaycan) - “Omoniya” (Kipr)
Baş hakim: Andrey Kivuleta (RUmıniya)
Qəbələ şəhər stadionu
***
Komandaların start heyətləri açıqlanıb:
“Qəbələ”: Kristof Atanqana, İlkin Qırtımov, Lukas Afriko, Emil Səfərov, Əyyub Allaş, Omar Hani, Ülvi İsgəndərov, Murad Musayev, Ürfan Abbasov, Osama Xalayla, Ahmed Ayzaya
“Omoniya”: Fabiano, Mattyu, Kulibali, Lanq, Markinyos, Moreto Kassama, Kusulas, Semedo, Bezus, Lalzu, Ansarifard.
***
Matç başladı.
***
Matçın 4-cü dəqiqəsində hesab açılır. Əyyub Allaş “Qəbələ”ni hesabda önə çıxarır- 1:0.
***
45-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirir - 1:1.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
50-ci dəqiqədə Roman Bezus dubl edir - 1:2.
***
62-ci dəqiqədə hesab bərabərləşir. Bu dəfə Əyyub Allaş dubl edir - 2:2.
***
80-ci dəqiqədə Bezus penaltidən fərqlənməklə het-trik edir - 2:3.
***
Oyun başa çatdı. “Qəbələ” ilk oyunda rəqibinə 2:3 hesabı ilə məğlub oldu. Komandalar arasında cavab oyunu avqustun 3-də Kiprdə keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər