“Qəbələ” Konfrans Liqasında mübarizəni dayandırdı - Yenilənib

qebele-konfrans-liqasinda-mubarizeni-dayandirdi
Oxunma sayı: 5734

“Qəbələ” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” Kiprdə “Omoniya”nın qonağı olacaq.

Qəbələdəki matçda Azərbaycan təmsilçisi rəqibinə uduzub – 2:3. Elmar Baxşıyevin komandası mərhələ adlamaq üçün səfərdə azı iki top fərqi ilə qələbə qazanmalıdır.

Qeyd edək ki, cütün qalibi növbəti mərhələdə “Proqres” (Lüksemburq) – “Midtyulland” (Danimarka) duelinin ən güclüsü ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
3 avqust

21:00. Omoniya – Qəbələ
Baş hakim: Adam Ladebek (İsveç)
Nikosiya, “GSP Arena”
İlk oyun – 3:2.

Omoniya: 40. Fabiano (k), 3. Adam Matteus, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Moreto Kassama, 9. Andronikos Kakulli, 10. Loizos Loizu, 17. Yan Letsyaks, 19. Fuad Başiru, 22. Adam Lanq, 90. Roman Bezus.

Ehtiyat oyunçular: 23. Fransiz Uzoho, 98. Çaralambos Kiriakidis, 6. Markinyos, 18. Kərim Ənsərifərd, 20. Panayotis Zakariu, 21. Velko Simiç, 31. İoannis Kusulos, 73. Nemanya Miletiç, 74. Panayotis Andreu, 76. Çaralampos Çaralampus, 82. Nikolas Kiriakidis, 86. Andreas Xristou.

Baş məşqçi: Sofronis Avqusti.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 7. Emil Səfərov, 9. Əyyub Allaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 28. Murad Musayev, 34. Ürfan Abbasov (k), 72. Osama Xalayla, 99. Ahmed Ayzaya.

Ehtiyat oyunçular: 1. Rəşad Əzizov, 36. Elməddin Sultanov, 94. Həbib Huşənov, 5. Rauf Hüseynli, 8. Gilad Abramov, 12. Nicat Əliyev, 17. Yaovi Akakpo, 18. Mehrac Baxşalı, 29. Bilel Auaşeriya, 23. Xəyal Xudaverdiyev, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov.

Baş məşqçi: Elmar Baxşıyev.

***
Matç başladı.

***

5-ci dəqiqədə meydan sahibləri hesabı açır. Roman Bezus fərqlənir.

***

Bezus 30-cu dəqiqədə penaltidən dubl edir.

***

“Qəbələ” 39-cu dəqiqədə üçüncü topu öz qapısında görür.

***

İkinci hissə başladı.

***

“Qəbələ” 56-cı dəqiqədə hesab arasındakı fərqi azaldır. Ahmed Ayzaya fərqlənir.

***

59-cu dəqiqədə Kipr təmsilçisi 4-cü qolu vurur. Bu dəfə Samedo fərqlənir.

***

Oyun Kipr təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatdı. “Qəbələ” ikinci matçda da uduzaraq Konfrans Liqasında mübarizəni dayandırdı.