““Qəbələ” layiqli rəqibdir” - “Dnepr”in baş məşqçisi

qebele-layiqli-reqibdir
Oxunma sayı: 1336

Ukraynanın “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç yerli mətbuata müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, o, Antalyada təlim-məşq –toplanışı zamanı yoldaşlıq görüşlərində üz-üzə gələcəyi rəqiblərdən danışıb. Markeviç “Qəbələ”ni layiqli rəqib adlandırıb: “Antalyadakı rəqiblər heç də asan komandalar deyil. Yavaş-yavaş daha güclü klublara qarşı oynayacağıq. İndidən deyim ki, İsveçrənin “Sürix” və Azərbaycanın “Qəbələ” klubları güclü və layiqli rəqiblərdir”.