“Qəbələ” məğlub oldu, “İnter” qalib gəldi- - Yenilənib

qebele-meglub-oldu-inter-qalib-geldi-
Oxunma sayı: 4066


İlk mərhələdə Albaniyanın “Laçi” klubunu mübarizədən kənarlaşdıran “İnter” bu dəfə İslandiyaya səfər edib. Paytaxt klubu “Hafnarfyordur”la üz-üzə gələcək. Matç Bakı vaxtilə saat 00:15-də start götürəcək.

Tbilisi “Dinamo”sunu keçərək ikinci mərhələyə vəsiqə qazanan “Qəbələ” Serbiyanın “Çukarikçi” klubunun qonağı olacaq. Matç Bakı vaxtilə 23:30-da başlayacaq. 

***
“Qəbələ” -“Çukarikçi” oyunu başlayıb, matç hələki 0:0 hesabı ilə davam edir.

***
“İnter” “Hafnarfyordur” qarşılaşması start götürdü.

***
“Qəbələ” -“Çukarikçi” oyununda qapısına qol buraxdı, hesab 1:0.
 
***
"İnter" klubu da qapısına qol keçirib. Rəqib komandanın futbolçusu Qudnason öz klubunu hesabda önə çıxardı.

***
“İnter” klubu hesabı bərabərləşdirə bilib, Kvekveskiri rəqibin qapısına qol vurub.

***
Matçda "İnter"in rəqibinin qapıçısı qırmızı vərəqə qalıb.

***
Rəqib komandanın qapısına futboçumuz Dieqo Martins  qol vurub, hesab 2:1.

***
Oyun "İnter"in qələbəsi ilə başa çatdı.

Avropa Liqası

2-ci təsnifat mərhələsi

İlk oyun

16 iyul

 
00:15. “Hafnarfyordur” (İslandiya) – “İnter” (Azərbaycan)
 
Baş hakim: Mikael Leryo (İsveç)

Baş hakimin köməkçiləri: Daniel Qustavsson, Maqnus Syoblom (hər ikisi İsveç)

Dördüncü hakim: Kristoffer Karlsson (İsveç)
 
Hafnarfyordur. “Kaplakrikavalyur” stadionu
 

23:30. “Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan)
 
Baş hakim: Radu Petresku (Rumıniya)

Baş hakimin köməkçiləri: Ovidiu Artene, Vladimir Urzixa (hər ikisi Rumıniya)

Dördüncü hakim: Marsel Birsan (Rumıniya)
 
Belqrad. “Çukariçki” stadionu