O, Azərbaycan klubu ilə müqavilə bağlamasından danışıb: “Bu komandanın iddialı olduğunu bilirəm. Həm də bu mənim üçün yeni ölkə ilə tanış olmaq, yeni mədəniyyət görmək üçün imkandır. Burada daha da inkişaf edəcəyimi, komandama kömək göstərəcəyimi düşünürəm. Heç vaxt Ukraynadan kənarda oynamamışam. Ona görə də mənim üçün maraqlıdır. “Çernomorets”dən heç də xoş xatirələrlə ayrılmıram. Bu da təbii ki, mənim üçün yaxşı hal deyil. Amma Odessa klubu həmişə ürəyimdə olacaq. Roman Qirqoruçukun rəhbərliyi altında yaxşı oyunlar oynayacağımıza, nəticə qazanacağımıza ümid edirəm”.
Son xəbərlər
Son Xəbərlər