“Qəbələ” - MTK matçının biletləri satışda

qebele-mtk-matcinin-biletleri-satisda
Oxunma sayı: 865

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, biletləri bu gündən etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 21-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - MTK matçı saat 21:00-da başlayacaq.