“Qəbələ” müdafiəçisi ilə yollarını ayırdı

qebele-mudafiecisi-ile-yollarini-ayirdi
Oxunma sayı: 1493

Azərbaycan kubokunun qalibi “Qəbələ” müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2021-ci ilin yayından “qırmızı-qara”larda çıxış edən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb.

O, iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. 

Həmçinin oxuyun: Яркий летний кредит от Yelo Bank