“Qəbələ” – “Neftçi” oyunu mərkəzi arenada?

qebele-neftci-oyunu-merkezi-arenada
Oxunma sayı: 954

Topaz Premyer Liqasının XVI turunda iki oyunun yeri dəyişdirilə bilər.

“Qafqazinfo” xəbər verir ki, söhbət "Kəpəz" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçlarından gedir.
Ölkədə qarlı hava şəraiti hökm sürür. Bu səbəbdən Gəncə şəhər və 8-ci km qəsəbəsi stadionun ot örtüyü yararsız hala düşüb.

Buna görə də III dövrənin oyunlarının rəqiblərin meydanında baş tutma ehtimalları yaranıb. Artıq bunun üçün Peşəkar Futbol Liqasına müraciət də olunub. Çox güman ki, PFL klubların xahişini yerə salmayacaq.
Komandaların IV dövrədəki oyunları isə digər komandanın meydançasında baş tutacaq.

***

"Qəbələ" - "Neftçi" oyunu ilə bağlı qərar isə klubların özlərindən asılı olacaq. Belə ki, tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq ehtimalını da müzakirə edirlər. Əgər mərkəzi stadionda görüşün keçirilməsi üçün şərait olsa, o zaman "Neftçi" səfərə getməyəcək.