“Qəbələ” Niderland klubuna qarşı

“Qəbələ” Niderland klubuna qarşı
Oxunma sayı: 713

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Çempionlar Yolunda Niderland təmsilçisi "Alkmaar"la üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 17:00-da başlayacaq.

Çempionlar yolu

I mərhələ

İlk oyun

29 sentyabr

17.00 Qəbələ (Azərbaycan) - Alkmaar (Niderland)

Baş hakim: Viktor Kopiyevski (Ukrayna).

Qəbələ şəhər stadionu

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.