“Qəbələ” növbəti oyununa çıxır

qebele-novbeti-oyununa-cixir
Oxunma sayı: 698

Avstriyada təlim-məşq toplanışında olan  “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxacaq.

“Qafqazinfo”  xəbər verir ki, Roman Qriqorçuk komandası Rusiya Premyer Liqasında çıxış edən “Axmat”la qarşılaşacaq.

Mövsümü 5-ci pillədə başa vuran Qroznı təmsilçisi buna qədər “Terek” adlanırdı.  

Qeyd edək ki, ilk sınaq matçında yerli “Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.

 Yoxlama oyunu

20:00. “Qəbələ” – “Axmat”

Avstriya, İnsbruk