“Qəbələ” “Nyukasl”ı geridə qoydu

qebele-nyukasli-geride-qoydu
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, komandanın 14 yaşa qədər futbolçulardan ibarət komandası 2 matçla 2-ci oyun gününə yekun vurub.

Günün ilk matçında "Qəbələ" "Göztəpə" ilə üz-üzə gəlib. Turan Manafovun yeganə qolu komandaya minimal hesablı qələbə qazandırıb - 1:0. İkinci matçda İngiltərə "Nyukasl"ı ilə qarşılaşan təmsilçimiz meydançadan qolsuz bərabərliklə ayrılıb - 0:0. Bu nəticələrdən sonra "Qəbələ" 5 xalla qrupda 3-cü yerdə möhkəmlənib. Qrupa 7 xal toplayan "Dardanelspor" başçılıq edir. Aktivində 6 xal olan "Galatasaray" 2-ci, “Qəbələ” ilə eyni xala malik "Göztepe" 4-cüdür. Xalları bərabər olan "Nyukasl" və "Nordsyalend" (Danimarka) müvafiq olaraq 5-ci - 6-cı yerləri bölüşürlər.

"Qəbələ" sabah qrupun son oyununda "Nordsyalend"lə qarşılaşacaq.

Ceyhun Əhmədov