“Qəbələ” onunla yollarını ayırdı

qebele-onunla-yollarini-ayirdi
Oxunma sayı: 1468

“Qəbələ” baş menecer Nail Kərimovla yollarını ayırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin dekabrından bu vəzifəni icra edən futbol funksioneri 2006-cı ildən “qırmızı-qaralar”da müxtəlif vəzifələrdə çalışıb. Kərimov akademiyanın direktor müavini və rəhbəri kimi də çalışıb.

Kərimovun öz istəyi ilə “Qəbələ”dən ayrıldığı qeyd olunub.