“Qəbələ” oyununun hakimi bəlli oldu

qebele-oyununun-hakimi-belli-oldu
Oxunma sayı: 729

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Samtredia” (Gürcüstan) matçını belaruslu referi Denis Şerbakov idarə edəcək.

Qafqazinfo” xəbər verir ki, Şerabkov avrokuboklarda klublarımızın yalnız 1 oyununu idarə edib. 2014-cü ildə keçirilən "Neftçi" - "Koper" matçında baş hakim olan belaruslu referi "Neftçi"nin 3, "Koper"in 2 futbolçusuna sarı vərəqə göstərib. Oyun isə "Koper"in 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Bundan əlavə, belaruslu hakim 21 yaşadək futbolçuların AÇ-2017-nin seçmə mərhələsində ötən ilin sentyabrında keçirilən Azərbaycan - Avstriya oyununu da idarə edib. Şerbakov bu matçda yığmamızın qapısına penalti də təyin edib. Oyunda isə Avstriya yığması 2:0 hesabı ilə qalib gəlib. Referi bu oyunda millimizin 2 futbolçusuna sarı vərəqə göstərib.