“Qəbələ”- “Panatinaikos” oyununun hakimləri məlum oldu

qebele-panatinaikos-oyununun-hakimleri-melum-oldu
Oxunma sayı: 725

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatianikos” oyununun hakimləri bəlli olub. 

“Qafqazinfo”nun Apasport.az-a istinadən məlumatına görə, qarşılaşmanı ingilis hakimlər briqadası idarə edəcək.
 
Oyunun baş hakimi Kreyq Pauson təyin olunub. Ona yan xəttdə Li Betts və Adam Nunn yardım edəcəklər. 4-cü hakim isə Kevin Friend olacaq.
 
UEFA nümayəndəsi kimi xorvatiyalı Aloyje Supraha, hakim inspektor kimi isə macarıstanlı Lajlo Vaqner Bakıya səfər edəcək.
 
Qeyd edək ki, “Qəbələ” – “Panatianikos” görüşü avqustun 3-də saat 21:00-da start götürəcək.